BDU: İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 74 faiz olub

BDU: İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 74 faiz olub Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.
İclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov iclasda 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 74, keyfiyyət göstəricisi isə 35 faiz olub. Yaz imtahan sessiyasının nəticələri Elmi şura üzvləri tərəfindən məqbul hesab edilib.
Daha sonra BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Rəfail Rüstəmovun hesabatı dinlənilib.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər