Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi çərçivəsində sessiyalar təşkil olunub

Siyasi elmlər və diplomatiya üzrə yay məktəbi çərçivəsində sessiyalar təşkil olunub Bakı Slavyan Universitetinin və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunda siyasi elmlər və diplomatiya üzrə yay məktəbi maraqlı fəaliyyətlərlə davam edir.
Yay məktəbinin iştirakçılarına Topçubaşov Mərkəzinin tədqiqatçısı Ayaz Rzayev tərəfindən “Rusiya-Ukrayna müharibəsi” mövzusunda informativ sessiya təqdim olunub, daha sonra sessiya həmin mövzu ətrafında qrup müzakirələri formatında davam etdirilib. Həmçinin Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin müdiri Yalçın Rəfiyev tərəfindən “Çoxtərəfli diplomatiya”, təhsil nazirinin müşaviri Nicat Məmmədlinin təqdimatında isə “Siyasət və beynəlxalq münasibətlərdə incəsənətin rolu” və “Siyasi elmdə fikir eksperimentləri” mövzularında sessiyalar təşkil olunub. Yay məktəbinin növbəti günündə Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini Ruslan Rzayevin Azərbaycanın Avropa ölkələri ilə ikitərəfli münasibətlərindən bəhs edən “İkitərəfli diplomatiya” adlı sessiyası təqdim olunub.
Sonra iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli istifadəsi məqsədilə “Nə? Harada? Nə zaman?” bilik yarışması və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil edilib.

Tehsil-press.az


Oxşar xəbərlər