Bakı Slavyan Universitetinin magistraturasına qəbul olanların sayı açıqlanıb

Bakı Slavyan Universitetinin magistraturasına qəbul olanların sayı açıqlanıb Bakı Slavyan Universitetinin magistraturasına 2020-2021-ci tədris ilində 19 ixtisaslaşma üzrə 99 nəfər qəbul olunub.
Bu il BSU-ya ali təhsilin magistratura səviyyəsinə 2 yeni ixtisaslaşma - Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisaslaşmasına, həmçinin ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına da magistrant qəbulu aparılıb.
Universitetə ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına magistrant qəbulu BSU ilə Bolqarıstan Respublikasının tanınmış və nüfuzlu ali təhsil müəssisəsi olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında magistr proqramı hazırlığı üzrə ikili diplom layihəsi çərçivəsində bağlanılmış müqaviləyə əsasən həyata keçirilib. Bu da universitetin beynəlxalq əlaqələrinin daha da genişlənməsi, eləcə də ali təhsilin magistratura səviyyəsində müasir dövrümüz üçün tələb olunan kadrların hazırlanması istiqamətində atdığı növbəti uğurlu bir addım kimi qiymətləndirilir. Qeyd edək ki, BSU-nun rəhbərliyinin dəstəyi ilə Magistratura şöbəsinin əməkdaşları tərəfindən magistrantların onlayn formada qeydiyyatı yüksək səviyyədə təşkil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər