Almaniyanın dövlət borcu rekord səviyyəyə çatıb

Almaniyanın dövlət borcu rekord səviyyəyə çatıb Almaniya kütləvi informasiya vasitələri ölkənin dövlət borcunun artmasından yazırlar.
Jurnalistlər AFR-in müvafiq idarələrinə istinadla dövlət borcunun məhz pandemiya dövründə rekord həddə çatması barədə həyəcan təbili çalırlar. Ötən ilin sonuna olan məlumata görə, dövlət borcunun məbləği 2321,1 milyard avroya çatıb. Bu isə, təqribən 148,3 milyard avro və ya 6,8 faiz artım deməkdir. Bildirilir ki, borc təkcə federal büdcəyə deyil, əyalətlərin və bələdiyyələrin büdcələrinə də aiddir. Koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclər də təsirsiz ötüşməyib.
İndi enerji böhranı da buraya əlavə olunub. Bununla əlaqədar, dövlət borcunun daha da artacağı gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər