Görüş zamanı qonağa ADAU barədə ətraflı məlumat verilib. Söhbət zamanı Qırğızıstanın ali təhsil müəssisələri ilə ADAU arasında qurula biləcək əlaqələrin perspektivlərindən danışılıb.
Görüşdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Musa Quliyev də iştirak edib.
Görüşdə, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.
Tehsil-press.az