12 turistdən sağ qalan üç nəfər dağdakı faciədən danışdı: Daş uçqunu oldu və...

12 turistdən sağ qalan üç nəfər dağdakı faciədən danışdı: Daş uçqunu oldu və... Kamçatkadakı (Rusiya) Klyuçevski vulkanından üç nəfər - iki turist və bələdçi təxliyə olunub. Onların olduğu qrupdan doqquz nəfər isə həyatını itirib. Sağ qalanlar 3300 metr hündürlükdəki vulkanoloqların evində olublar.
Zərərçəkənlər 4000 metr yüksəklikdə baş verənlərdən danışıblar.
Məlum olub ki, dırmanma zamanı iştirakçılardan Anastasiya Usaçova və Roman Averin xəstələniblər. Buna görə də bələdçi İvan Alabugin onları aşağı aparmaq qərarına gəlib və birlikdə 3300 metr hündürlüyə eniblər.
Qalan turistlər isə ikinci bələdçi ilə yoxuşa çıxıblar.
Geriyə dönən qrup vulkanoloqların evinə yaxınlaşanda yoxuşda olan bələdçi radio vasitəsilə onlarla əlaqə saxlayıb və qrup üzvlərinin yıxıldıqlarını bildirib.
Bələdçi İvan da turistləri evə yerləşdirdikdən sonra yuxu çantalarını və çadır götürərək köməyə yollanıb. O, hadisə yerinə bir neçə saatdan sonra çatıb, ancaq artıq üç nəfərin öldüyünü görüb. İvan düşərgə quraraq, qalan zərərçəkənlərə ilkin tibbi yardım göstərməyə başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər