Pedaqoji Universitetdə tədbir: İstiqlal şairi – Əhməd Cavad

Pedaqoji Universitetdə tədbir: İstiqlal şairi – Əhməd Cavad Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatı (ADPU TGT) “İstiqlal şairi – Əhməd Cavad” adlı tədbir keçirib.
Tədbirdə çıxış edən şöbə müdiri Turan Kərimli və ADPU TGT sədri Təhmasib İmaməliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Əhməd Cavadın 130 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu, onun yaradıcılığının gənclərə aşılanmasının vacibliyini vurğulayıblar.
Görüşdə gənc tədqiqatçı Dilqəm Əhməd şairin zəngin yaradıcılığından, həyat yoldaşı Şükriyyə xanımın çətin sürgün həyatından danışıb. O, Əhməd Cavadın milli dövlətçilik tariximizdə müstəsna rol oynadığını vurğulayıb.
Tədbir müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər