BDU-nun Mexanika-riyaziyyat fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş

BDU-nun Mexanika-riyaziyyat fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Görüşdə fakültənin dekanı Ziyatxan Əliyev universitetin şəhid məzun və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, şəhid ailələri və müharibə iştirakçılarının dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri Hamlet Quliyev torpaqlarımızın düşməndən azad edilməsində qəhrəmanlıq göstərən şəhidlərimizin xatirəsinə və müharibə iştirakçılarına öz ehtiramını bildirib. O, Vətən müharibəsi zamanı onların əsl vətənpərvərlik, böyük fədakarlıq nümunəsi göstərdiklərini vurğulayıb.
Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri Əli Əhmədov, Vətən müharibəsi iştirakçısı, Cəbr və həndəsə kafedrasının müəllimi Fərid Əsədli çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı Böyük Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar.
Vətən müharibəsi iştirakçıları - fakültənin məzunu Pərvin Arslan, tələbələr Pərviz Bilişzadə, Rəhman Qasımov, Mirvahid Vahidli keçdikləri döyüş yolundan bəhs ediblər.
Tədbirdə Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda fakültənin tələbələri Murad Muradov və Fidan Paşayeva çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər