
Bu barədə məlumatı Məhsa Əmininin qohumu İrfan Murtazai açıqlayıb.
Onun sözlərinə görə, ailə Məhsanın ölümünə görə ölkə rəhbərliyinin məsuliyyət daşıdığını hesab edir.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb.
Oktyabrın 26-sı isə Məhsa Əmininin ölümündən 40 günün keçməsi ilə əlaqədar olaraq iranlılar küçələrə axışıblar. İranın təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq, minlərlə insana qarşı odlu silah və gözyaşardıcı qazdan istifadə ediblər.
Tehsil-press.az