Ibtidai məktəblər və bağçalar bağlandı

Ibtidai məktəblər və bağçalar bağlandı İranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar bağlanıb.
Bu barədə Tehran qubernatorunun mülki məsələlər üzrə müavini Abid Maleki bildirib.
Onun sözlərinə görə, qərar Tehranın Havanın Çirklənməsi ilə Mübarizə Fövqəladə Komitəsi ilə birlikdə verilib:
“Pardis, Firuzkuh və Damavənd istisna olmaqla, Tehran vilayətinin bütün şəhərlərində uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri bağlanır, məktəblərdə dərslər onlayn formada keçiriləcək”, - deyə o bildirib.
Qubernatorun müavini sabahdan etibarən açıq məkanlarda idmanın qadağan olunduğunu əlavə edib.
Həmçinin vətəndaşlar müvafiq N95 maskalarından istifadə etməyə çağırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər