UNEC-in 5 komandası “Texnofest-2023”ün II mərhələsinə vəsiqə qazanıb

UNEC-in 5 komandası “Texnofest-2023”ün II mərhələsinə vəsiqə qazanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 5 komandası “Texnofest-2023”ün II mərhələsinə vəsiqə qazanıb.
“BioTEC888” komandası 2022-ci ildə “TEXNOFEST Azərbaycan” “Yaşıl texnologiyalar” yarışında finalçı olub. Görülən işlərin davamı olaraq, “BioTEC888” komandası yeni tərkiblə “Texnofest İstanbul-2023”ə qoşulub. Hazırda komanda ekolojiyönümlü iki layihə üzərində çalışır.
"Recycled Points" layihəsinin sosialyönümlü texnologiyalar kateqoriyası (Sosial innovasiyalar alt kateqoriyası) üzrə qatılan komanda “Texnofest 2023” festivalında növbəti mərhələdədir. Komanda üzvləri İqtisadiyyat fakültəsinin tələbələri Fəzilə Bağırova, Şəfa Məmmədzadədir. Layihə hazırda prototipləşmə mərhələsindədir. Eyni zamanda, bu layihə "Recyclaton" yarışının final layihəsidir.
“FeedHub” startapı şirkət ilə şirkət müştəriləri arasında rəylərin verilməsini və cavablandırılmasını təmin edən veb-aplikasiyadır. Əsas məqsəd müştəri məmnuniyyətinə önəm verən şirkətlərə bu işdə dəstək olmaqdır. “ABB İnnovasiya” , “Steam Azerbaijan Festival” və “UNEC BootStart” kimi yarış və layihələrdə yüksək nailiyyət əldə edən startap hazırda “Texnofest 2023” yarışmasında növbəti mərhələyə keçid alıb.
“Azerbaijan AgroBot” komandası kənd təsərrüfatı sahəsində istifadə ediləcək aqrar bot layihəsini təqdim edib. Bot əkin sahəsində bitkilərin alaq otlarından təmizlənməsini həyata keçirərək məhsuldarlığın artımına nail olunacaq. Hazırda botun dizayn mərhələsi yekunlaşıb, elektronik hesablamalar aparılaraq proqram təminatı hazırlanıb. Komanda 2021-ci ildə Məhəmməd Rəhimov tərəfindən qurulub və “Tarım Teknolojileri Yarışması” kateqoriyası üzrə ən yüksək balla finalda iştirak üçün vəsiqə qazanıb. Həmçinin 2022-ci ildə ilk dəfə Azərbaycanda keçirilən “TEXNOFEST 2022 Azərbaycan” yarışmasında eyni kateqoriya üzrə finalda iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər