İmtahan həyəcanını necə aradan qaldırmaq olar?

İmtahan həyəcanını necə aradan qaldırmaq olar? UNEC Psixoloji Xidmət Mərkəzi tələbələrə zəruri tövsiyələr verib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva UNEC-in, eləcə də Maliyyə İqtisad kollecinin tələbələri ilə görüşlər keçirib.
İmtahanöncəsi stress və onun aradan qaldırılması yollarına həsr olunan görüşlərdə Ş.Abdullayeva tələbələrə imtahan həyəcanı, stresin əlamətləri, bu vəziyyətdən çıxış yolu haqqında məlumat verib. Həyəcan və stresin imtahan zamanı tələbələrin intellekt və biliklərini tam realizə etməyə imkan vermədiyini, imtahanda yaxşı nəticələr əldə edə bilmələri üçün özlərinə güvənmələrini tövsiyə edib.
Görüşlər zamanı Ş.Abdullayeva UNEC-də Psixoloji Xidmət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, istənilən tələbənin həmin mərkəzə rahat şəkildə müraciət edə biləcəyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər