
Kafedranın müdiri professor Əvəz Ələkbərovun rəhbərliyi ilə keçirilən seminarda kafedranın müəllimi, mühasibat ixtisasının rəhbəri Aynurə Hacıyeva “Maliyyə uçotu və vergi uçotunun fərqli xüsusiyyətlərinin təhlili” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi cari vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, maliyyə uçotu ilə vergi uçotunun fərqli xüsusiyyətlərini yaradan səbəblər, təxirə salınmış vergi öhdəliklərinin və vergi aktivlərinin tanınması, vergitutmada xərclərin xarakteristikasının fərqlərə təsiri barədə məlumat verib. Həmçinin mövzu ilə əlaqədar elmi-tədqiqatların və dissertasiya araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Tehsil-press.az