BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir.
Müsabiqədə iştirak etmək istəyən tələbələr martın 30-dək “Ümummilli Lider Heydər Əliyev, müasir Azərbaycanın memarlıq abidələri və vətənpərvərlik” mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinə təqdim edə, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeir ifalarını videoformatda [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək:
I yer– 500 manat; II yer– 300 manat; III yer– 200 manat.
Əlavə məlumat üçün: Tel: (+994 50) 741-69-67, (+994 55) 784-00-19, e-mail: [email protected]

Tehsil-press.az



Oxşar xəbərlər