TEDxBDU layihəsinin təqdimatı

TEDxBDU layihəsinin təqdimatı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə TEDxBDU layihəsinə həsr olunmuş tədbir keçirilib.
TGT-nin “Natiqlik klubu” tərəfindən icra olunan layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2022" qrant müsabiqəsinin qalibi olub. TEDxBDU layihəsinin əsas tərəfdaşları Azərbaycan Gənclər Fondu, TED beynəlxalq platforması, BDU-nun Tələbə Gənclər Təşkilatı və “İrəli” İctimai Birliyidir. Layihənin rəhbəri BDU-nun məzunu, “Natiqlik klubu”nun sədri olmuş Hüseyn Bağırovdur.
Tədbirdə çıxış edən Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov BDU-da həyata keçirilən sosial layihələrdən, TEDx platformasının tələbələrin lider kimi yetişməsində əhəmiyyətindən danışıb.
Sonra TedxBDU layihəsinin təlimçiləri Sara Rəcəbli, Hüseyn Bağırov, Rövşən Şərif, Həsən Hüseynsoy, Ofeliya Əliyeva və Elgün Tağızadə intellekt, psixologiya, ingilis dili, sosial sahibkarlıq mövzularında çıxışlar ediblər.
Qeyd edək ki TEDx platforması dünyada tanınan nüfuzlu platformadır və kiçik çevrədə yaranan unikal ideyaların geniş kütləyə çatdırılması məqsədi daşıyır. Platformanın əsas məqsədi dəyərli fikirləri insanlara çatdırmaqla müsbət dəyişikliklərə nail olmaqdır.

Tehsil-press.az


Oxşar xəbərlər