
Təcrübə zamanı dosent Lətifə Həsənova tələbələrə kohorent-sinxronlaşdırılmış oksidləşmə proseslərinin aparıldığı axınlı reaktor sisteminə malik laboratoriya qurğusunun iş prinsipi haqqında məlumat verib. Maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri tələbələrə əyani göstərilib və izah edilib.
Həmçinin dosentlər Sevil Cəfərova və Aygün Rüstəmova tələbələrə bir sıra kimyəvi proseslər haqqında məlumat veriblər. Hazırda tələbələrin iştirakı ilə sintez olunmuş polimerin nəmliyi təyin olunur.
Tehsil-press.az