Şri Lankada tətilə görə həyat tamamilə iflic olub

Şri Lankada tətilə görə həyat tamamilə iflic olub Şri-Lankada həyat tamamilə iflic olub, ümummilli tətil elan edilib.
Ölkədə işıq yoxdur, nəqliyyat işləmir, müəllimlər, həkimlər tətil edir.
Yerli mətbuatın yazdığına görə : Şri-Lanka xalqı oyandı və çox təəccübləndi, İşığı nə qədər yandırmağa çalışsalar da, işıq yox idi. Ölkənin ən böyük həmkarlar ittifaqı bütün ölkədə 24 saatlıq ümumi tətil elan etmək vədinə əməl etdi. Sonradan ona həkimlər, polislər, sərhədçilər, müəllimlər, dəmiryolçular, avtobus sürücüləri qoşulub”.
Həmkarlar ittifaqları hökumətdən Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə aparılan islahatları ləğv etməyi tələb edir. Maliyyə yardımı paketinin ayrılması üçün islahatlar şərtdir. Onların arasında mütərəqqi vergitutma, faiz dərəcələrinin artırılması, yanacaq və elektrik enerjisi tariflərinin kəskin artırılması var.
Şri-Lanka faktiki olaraq iflas edib. Bir il əvvəl hökumət defolt etdi. Ötən ilin yayında isə iğtişaşlardan sonra prezident və baş nazir postlarını tərk etdilər.
Ölkənin ümumi xarici borcu 51 milyard dolları ötür ki, bunun da yarısından çoxu növbəti 4 ildə ödənilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər