“Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransda “Universitetlərdə təhsilin yeni maliyyələşmə modeli”, “Ali təhsil sistemində yeni idarəetmə modeli”, “Sahibkar universitet və rəqəmsal təhsil modelinin tətbiqi”, “Yüksəkkeyfiyyətli və beynəlmiləl ali təhsil mərkəzinə keçid” mövzuları müzakirə olunacaq.
Tədbirdə ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti və tədqiqatçılar iştirak edə bilər. Konfrans materialları kitab şəklində çap olunacaq.
Məqalələr aprelin 15-dək [email protected] e-ünvanına göndərilməlidir.

Tehsil-press.az



Oxşar xəbərlər