Türkiyənin məşhur bərpaçı-memarı Oğuz Ceylan AzMİU-da olub

Türkiyənin məşhur bərpaçı-memarı Oğuz Ceylan AzMİU-da olub Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova qonağı tədris auditoriyaları, rəsm qalereyası ilə tanış edib, fakültədə olan yenilikləri onun diqqətinə çatdırıb.
Daha sonra Oğuz Ceylan İtaliya-Azərbaycan Dizayn Mərkəzində fakültənin professor-müəllim heyəti, tələbələri üçün seminar keçib. Oğuz Ceylan “Türkiyədə müasir mühafizə təcrübələri” adlı mühazirəsində ölkəsində apardığı bir neçə restavrasiya işlərindən danışıb və bərpa işlərinin dövlət qurumları ilə bərabər istiqamətdə necə icra olunmasından bəhs edib. Memar abidələrin bərpası layihələrinin ilkin eskizinin hazırlanması, abidələr haqqında arxiv materiallarının yığılması, mərhələli şəkildə görülməli olan digər proseslər ətrafında fikirlərini bölüşüb. Özünün iştirakı ilə dünyanın ən böyük saray-muzey kompleksi Topqapı sarayı, Misir bazarı, Fatih məscidi və digər tarixi məkanların addım-addım bərpa mərhələlərini prezentasiya ilə təqdim edib. Azərbaycan və ənənəvi türk memarlığı arasında güclü bağların olduğunu qeyd edib, bu sahədə aparılan tədqiqat işlərində birgə fəaliyyət göstərməyin vacibliyinə toxunub.

Tehsil-press.az




Oxşar xəbərlər