Fakültənin müəllimləri Fikrət Zeynallı barədə xatirələrini bölüşüblər. Kənd bələdiyyə nümayəndələri və orta məktəbin müəllimləri Fikrət Zeynallının Vətən müharibəsi dövründə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışıblar. Fakültənin əməkdaşları Aşağı Öysüzlü kəndində yaradılmış Fikrət bulağına da baş çəkiblər.
Fikrət Zeynallı 23 fevral 1995-ci ildə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub. 2012-2016-cı illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. Fikrət Zeynallı Vətən müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tehsil-press.az











