Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Vəfa Cəfərovanın “Rənglərin harmoniyası” adlı ilk fərdi rəsm sərgisi açılıb.
AzMİU-nun Sərgi salonunda təşkil olunan sərgidə rəssamın 35 əsəri yer alıb.
Açılış mərasimində Tarix muzeyinin direktoru Gülmira Məmmədova bildirib ki, Vəfa Cəfərovanın yaradıcılığı olduqca zəngindir. Onun müxtəlif mövzularda çəkdiyi rəsmlərdə sənətə olan bağlılığı əyani şəkildə görünür.
Tədbirdə Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova Vəfa Cəfərovanın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, rəssamın əsərləri əsasən mənzərə janrında yağlı boya ilə işlənmiş iriölçülü kompozisiyalardır. Bu əsərlərin içində təbiət mövzusunda natürmortlar da var.
Sərgidə çıxış edən AzMİU-nun dekanı Sabir Məmmədov, İnşaat konstruksiyaları kafedrasının müdiri Müxlis Hacıyev V.Cəfərovanın həm memar, həm də rəssam kimi fəaliyyətində ona yaradıcılıq uğurları arzulayıblar.
Vəfa Cəfərova sərginin keçirilməsində göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Tehsil-press.az