İsrailin Neqev Ben Qurion Universitetinin əməkdaşları AzTU-da olublar

İsrailin Neqev Ben Qurion Universitetinin əməkdaşları AzTU-da olublar İsrailin Neqev Ben Qurion Universitetinin Data Elmi Mərkəzinin direktoru Mark Last, IT departamentinin direktoru Qil Abravam və İnzibati departamentin direktoru Reyçel Eidin Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Görüşdə Neqev Ben Qurion Universiteti, xüsusilə də Data Elmi Mərkəzində görülən işlər haqqında məlumat verilib, həmçinin müvafiq sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər