AzTU ilə “British Council” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

AzTU ilə “British Council” arasında əməkdaşlıq əlaqələri müzakirə olunub Azərbaycan Texniki Universitetində (AzTU) “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə görülən işlər və xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo AzTU-da olmaqdan məmnunluğunu ifadə edib. Qeyd edib ki, “SABAH Magistratura” proqramı çərçivəsində ingilis dilinin tədrisi ilə əlaqəli icra olunacaq layihədə Texniki Universitetin da iştirakı təqdirəlayiqdir.
Daha sonra AzTU-da ingilis dilinin tədrisində öyrənmə və öyrətmə sisteminin təkmilləşdirilməsi və potensialın artırılması ilə bağlı “British Council” təşkilatının göstərə biləcəyi xidmətlər haqqında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər