Kembric Universitetinin professoru magistrantlara ixtisas kurslarından mühazirələr keçib

Kembric Universitetinin professoru magistrantlara ixtisas kurslarından mühazirələr keçib Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri Qərib Mürşüdov I kurs magistrantlarına “Biostatistika” və “Struktur biologiyanın üsulları” ixtisas kursundan mühazirələr keçib.
Mühazirələrdə institutun magistrantları ilə yanaşı, doktorant və dissertantları da iştirak ediblər. Qeyd edək ki, Qərib Mürşüdov mühazirələrini açıq dərs şəklində “Zoom” platforması üzərindən aparır və maraqlanan hər kəs bu dərslərdən faydalana bilər.

Tehsil-press.az



Oxşar xəbərlər