
Konfransda Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdən, həmçinin respublikamızın müxtəlif ali təhsil ocaqlarından və istehsalatdan nümayəndələr iştirak edəcəklər. Konfransın bölmələrində “Memarlıq və inşaatda müasir texnologiyalardan istifadə məsələləri”, “Su təsərrüfatı sistemlərinin istismarında innovativ texnologiyalar”, “Mühəndis kommunikasiya sistemlərində innovativ texnologiyalar”, “Ətraf mühitin qiymətləndirilməsində müasir texnologiyalar” mövzularında məruzələr dinləniləcək.
Konfrans onlayn formada keçiriləcək.
Tezis və məqalələr mayın 26-dək e-mail: [email protected] ünvanına göndərilməlidir.
Konfransın təşkilat komitəsi tərəfindən təklif olunan məqalələrin “AzMİU-nun elmi əsərləri” məcmuəsində, “Web of Science” və “Scopus” kimi bazaların jurnallarında dərc edilməsi nəzərdə tutulub.
Tehsil-press.az