Abituriyentlər ATMU-da turizm təhsilinin üstünlükləri barədə məlumatlandırılıb

Abituriyentlər ATMU-da turizm təhsilinin üstünlükləri barədə məlumatlandırılıb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsi tərəfindən yaradılan 9 təbliğat-təşviqat qrupunun
əməkdaşları Bakının müxtəlif rayon və qəsəbələrində, o cümlədən regionlardakı orta ümumi təhsil məktəblərində olublar.
Görüş çərçivəsində iştirakçılara ATMU-da tədris prosesi, turizm təhsilinin üstünlükləri və perspektivləri, universitetdə tələbələr üçün yaradılan şərait və digər məsələlər barədə ətraflı məlumat verilib. Həmçinin ATMU-nun əməkdaşları universitetə qəbul, keçid balları, ixtisaslar, tələbələr üçün iş imkanları, ikili diplom proqramı, xaricdə təhsil və təcrübə keçmək şansı və digər mövzularda sualları cavablandırıblar. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən abituriyentlərə məsləhətlər verilib.
Qeyd edək ki, təbliğat- təşviqat qrupu nəzərdə tutulan müddətdə Bakı üzrə 28 məktəbdə, İsmayıllı rayonu üzrə 8 orta ümumtəhsil məktəbində təqdimat keçiriblər. ATMU əməkdaşları Mingəçevir Turizm Kollecində təhsil alan subbakalavrlarla görüşdə də universitetin təhsil imkanlarından bəhs ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər