
ATMU-nun təbliğat-təşviqat qrupunun üzvləri universitetin fəaliyyətində prioritet istiqamətlərdən sayılan ikili diplom proqramı, xaricdə təhsil, ölkədə və xaricdə təcrübə semestri, yerli təhsil, keçid balları və ixtisaslar, tələbəlik zamanı işləmə imkanı, qəbul qrupları və s. barədə sualları ətraflı cavablandırıblar. On iki orta ümumtəhsil məktəbində baş tutan təqdimat-görüşlərə 500-ə yaxın məzun-abituriyent qatılıb.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, baş mütəxəssis Elnurə Əliyeva və mütəxəssis Lalə Qafarova, Xidmət şöbəsinin müdir müavini Arzu Qafarlı, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Babayevanın qatıldığı görüşlərdə iştirakçılara ATMU-nun loqosu əks olunan çap məhsulları və hədiyyələr təqdim olunub.
Tehsil-press.az