Konfrans Liqasının qalibi bəlli oldu

Konfrans Liqasının qalibi bəlli oldu Avropa Konfrans Liqasının 2022/2023 mövsümünə yekun vurulub.
Turnirin final oyununda İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” klubları üz-üzə gəliblər.
Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edib. Üç qolun qeydə alındığı matç İngiltərə təmsilçisi 2:1-lik qələbəyə sevinib.
Xatırladaq ki, Konfrans Liqasında ilk qalib ötən mövsüm çempion olmuş İtaliya “Roma”sıdır.

Tehsil-press.az


Oxşar xəbərlər