Peskovun Priqojinin hazırda harada olması barədə məlumatı yoxdur
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vaqner" Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinin hazırda harada olması barədə məlumatı olmadığını bildirib.
Peskov jurnalistlərin bununla bağlı sualını cavablandırıb.
O deyib: "Məndə bu barədə məlumat yoxdur".
Peskov Priqojinlə əlaqəsi olan təhlükəsizlik qüvvələrinin və hərbi qulluqçuların mümkün istefası ilə bağlı suala isə cavab verməkdən imtina edib.
Tehsil-press.az
- Baxış: 1560
Xəbərin tarixi: 30.06.2023 / 12:52
-
Oxşar xəbərlər