BDU Elmi şurasının 2022-2023-cü tədris ilində son iclası

BDU Elmi şurasının 2022-2023-cü tədris ilində son iclası Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının 2022-2023-cü tədris ilində son iclası keçirilib.
İclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Sonra Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 83, keyfiyyət göstəricisi isə 39 faiz olub.
Apellyasiya komissiyasının sədri Elşad Qurbanov sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması barədə məlumat verib.
Yaz imtahan sessiyasının nəticələri Elmi şura üzvləri tərəfindən məqbul hesab edilib.
Daha sonra BDU-nun Antiplagiat Komissiyasının rəhbəri Kəmalə Alışevanın və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevin hesabatları dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər