Rusiya səfiri İran XİN-ə çağırıldı

Rusiya səfiri İran XİN-ə çağırıldı Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Rusiya və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmun olub.
Bildirilir ki, söhbət körfəzdə yerləşən üç adaya aid olan bəyanatın bir hissəsindən gedir. Bunlar Əbu Musa, Kiçik və Böyük Tunb adalarıdır.
Diplomata İranın sözügedən bəyanatla bağlı etirazı çatdırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər