Zaqatalada itkin düşən turistlər kimlərdir?

Zaqatalada itkin düşən turistlər kimlərdir? Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.
Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

***

FHN-dən də bildirilib ki, Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidə yolu azaraq itkin düşən yerli turistlərin yeri müəyyən edilib və hazırda onların çətin keçidli meşə massivindən təxliyəsi həyata keçirilir.

***

Zaqatalada itkin düşən turistlərin kimliyi məlum olub.
Onlar - Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.
Turistlərin yeri müəyyən edilib, hazırda təxliyyə işləri aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər