
Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) rüblük hesabatında bildirilib.
Hesabata əsasən, karbon qazı emissiyalarının azalması ilə eyni vaxtda Aİ-nin ümumi daxili məhsulu (ÜDM) 1,2 faiz artıb.
Aİ-də istixana qazı emissiyalarının azaldılması üzrə lider ölkələr Bolqarıstan (-15,2 faiz), Estoniya (-14,7 faiz) və Sloveniya (-9,6 faiz) olub. Bununla belə, bir sıra ölkələrdə bu göstərici artıb: İrlandiya (+9,1 faiz), Latviya (+7,5 faiz), Slovakiya (+1,9 faiz), Danimarka (+1,7 faiz), İsveç (+1,6 faiz) və Finlandiya (+0,3 faiz).
Tehsil-press.az