ADNSU-da şəhid məzunun ailə üzvləri ilə görüş

ADNSU-da şəhid məzunun ailə üzvləri ilə görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun şəhid məzunu İbrahim Cəfərovun ailə üzvləri ilə görüşüb.
Görüşdə V.Əskərov ADNSU-nun 23 məzununun şəhidlik zirvəsinə ucaldığını bildirib, onların ailə üzvlərinə dövlət qayğısından danışıb. O, universitet kollektivi tərəfindən də hər zaman şəhid məzunların ailə üzvlərinə xüsusi diqqət göstərildiyini söyləyib.
V.Əskərov universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlər - şəhidlərin xatirəsinə abidə kompleksinin yaradılması, şəhid məzunların adına auditoriyaların açılması haqqında məlumat verib. Vurğulanıb ki, şəhidlərin ruhuna ehtiram, ailə üzvlərinə və yaxınlarına qayğı bizim hamımızın borcudur.

Tehsil-press.az


Oxşar xəbərlər