
Nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.
“Təlimlərin bütün hissələri müdafiə xarakterlidir və Rusiyanın şimal-şərq sərhədlərində əməliyyatlar üçün qüvvələr və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəlib”, - deyə məlumatda bildirilir.
“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.
Tehsil-press.az