AzMİU-nun iki magistrantının dissertasiyasına dünyaşöhrətli alim elmi rəhbərlik edəcək

AzMİU-nun iki magistrantının dissertasiyasına dünyaşöhrətli alim elmi rəhbərlik edəcək Türkiyənin Qazi Universitetinin Elektrik və elektronika fakültəsinin professoru, öz sahəsində dünyanın tanınmış elm adamlarından biri olan Müslüm Çengiz Taplamaçıoğlu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
Alim Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin elektrik və elektronika ixtisasında təhsil alan bakalavriat və magistratura tələbələri üçün hibrid formatda tədris aparıb. Türkiyəli professor Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının laboratoriyalarında yerinə yetirilən işlərlə yaxından tanış olub. O, kafedranın əməkdaşları ilə fikir mübadiləsi aparıb. Həmçinin kafedra ilə əlaqələrin genişləndirilməsi, doktorantlara ikili rəhbərlik, birgə beynəlxalq konfransların keçirilməsi, digər beynəlxalq layihələrdə müştərək iştirak istiqamətində razılıq əldə olunub. Eyni zamanda, iki magistrantın dissertasiyasına rəhbərlik ona həvalə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər