“Birbank” təqaüdünün qalibləri arasında UNEC tələbələri liderdir

“Birbank” təqaüdünün qalibləri arasında UNEC tələbələri liderdir “Kapital Bank”ın “Birbank” tələbə təqaüd proqramının qalibləri müəyyən olunub. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən 3 min tələbənin qatıldığı müsabiqədə UNEC qalib olan tələbə sayına görə liderdir. On beş qalibdən 6 nəfəri məhz UNEC tələbəsidir.
Qaliblərdən 5 nəfər Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 1 nəfər isə “SABAH” Mərkəzinin tələbəsidir. Proqramın qalibləri 2 il ərzində 300 manat aylıq təqaüd almaqla yanaşı, “Kapital Bank”da təcrübə keçmək, təlimlərə qatılmaq imkanı əldə ediblər.
Təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yüksək, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər qoşulublar. Seçim prosesi bir neçə mərhələdə təşkil edilib və onlayn müraciət, qrup tapşırığı, imtahan və müsahibə mərhələlərindən uğurla keçən tələbələr “Birbank təqaüdçüsü” adını qazanıblar.

Tehsil-press.az


Oxşar xəbərlər