UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Süleyman Dəmirəl Universitetində olub.
Raqif Qasımov Süleyman Dəmirəl Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə insan resurslarının idarəedilməsi fənnini tədris edib. Həmçinin fakültənin, eləcə də Tələbə İşləri və Distant Təhsil-Tədqiqat Mərkəzinin rəhbərləri ilə görüşlər keçirib, universitetlərarası tədris və idarəetmə, distant təhsil, tələbə məlumat sistemləri və digər sahələrdə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.
R.Qasımov Türkiyəyə səfəri çərçivəsində Sparta Tətbiqi Elmlər Universitetinin rektoru professor Yılmaz Çatal ilə də görüşüb.
Görüşdə distant təhsil proqramları və proqram təminatları sahəsində əməkdaşlıq barədə razılıq əldə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər