
Kollokvium İsveçrənin Cenevrə şəhərində noyabrın 13-də başlanıb və noyabrın 24-dək davam edəcək. Kollokvium əqli mülkiyyət sahəsində dünyanın müxtəlif ölkələrindən olan ixtisaslaşmış müəllim və tədqiqatçılar üçün forum rolunu oynayır. O, beynəlxalq əqli mülkiyyətin cari mənzərəsinin və vəziyyətinin ətraflı icmalını təqdim edir. Eyni zamanda, tədbirə ev sahibliyi edən iki təşkilatın bu sahədə daha geniş perspektivlərinin, ÜƏMT və ÜTT-nin hüquqi sənədlərinin və cari təşəbbüslərinin dərin analizi nəzərdə tutulur. Kollokvium, ilk növbədə, bu sahədə universitetlərin potensialını gücləndirmək, milli təcrübə, tədris və tədqiqatı inkişaf etdirmək məqsədi daşıyır.
Səfər çərçivəsində A.Məmmədova ÜƏMT-ÜTT tərəfindən BMT-də keçirilən İnsan Sağlamlığı və İqlim Dəyişikliyi üzrə Üçtərəfli Simpoziumda da iştirak edib.
Tehsil-press.az