Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib

Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Beynəlxalq Türk Akademiyası, Lev Qumilyov adına Avrasiya Milli Universiteti və Türkiyənin Qazaxıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Türk dünyasının gələcəyinə baxış” mövzusunda beynəlxalq konfrans təşkil edilib.
Konfrans çərçivəsində Türkiyə Respublikasının tarix üzrə ilk professorlarından biri olmuş, Atatürkün mənəvi qızı Afət İnanın Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə qazax dilinə tərcümə edilmiş “Kamal Atatürkü anırıq” kitabının təqdimatı olub. Nəşrdə professor Afət İnanın Türk dünyasının böyük şəxsiyyəti, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı xatirələri və düşüncələri yer alıb.
Tədbirin sonunda tanınmış türk tarixçisi, Türk Tarix Qurumunun fəxri üzvü, Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin İdarə Heyətinin üzvü professor İlber Ortaylıya Türk dünyasının elmi inteqrasiyasında xidmətlərinə görə Beynəlxalq Türk Akademiyasının fəxri medalı təqdim edilib. Həmçinin ona Lev Qumilyov adına Avrasiya Milli Universitetinin fəxri professoru adı verilib.

Tehsil-press.az


Oxşar xəbərlər