BDU-da Beynəlxalq Könüllülər Gününə həsr olunmuş konsert proqramı

BDU-da Beynəlxalq Könüllülər Gününə həsr olunmuş konsert proqramı “BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Proqramda “Xəzərin sahilində”, “Məhəbbət çırağı”, “Azərbaycan”, “Xatirə” kimi musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. 2019-ci ildən fəaliyyət göstərən “BDU könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın tələbəni birləşdirir. Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsində, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində fəaliyyət göstərməklə universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 77 sosial və mədəni-kütləvi tədbir keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər