
Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan, nəzarətə alınan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.
Məlumata görə, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın mətbuat əməkdaşı isə yaralanıb. Həmçinin 2 jurnalistin itkin düşdüyü bildirilib.
İsrailin minlərlə dinc sakinin ölümünə, on minlərlə insanın yaralanmasına səbəb olan hücumlarında yüzlərlə hərbi cinayət və pozuntular törətdiyi qeyd edilib.
Tehsil-press.az