Praqada universitetdə atışma - Azı 15 ölü

Praqada universitetdə atışma - Azı 15 ölü Çexiyanın paytaxtı Praqanın mərkəzində, Jan Palaç meydanında yerləşən universitetdə atışma baş verib.
Bu barədə Çexiya polisinin açıqlamasında bildirilir.
Hadisə nəticəsində ölən və yaralananlar var.
***
Atışma Karlov Universitetinin İncəsənət fakültəsinin ərazisində baş verib.
Hücum edən şəxs optikası olan uzun lüləli silahdan istifadə edib.
***
Çexiyanın xilasetmə xidmətləri Praqanın mərkəzində atışma nəticəsində azı 10 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.
***
Praqanın mərkəzindəki Karlov Universitetində baş verən atışma qurbanlarının sayı hazırda 15 nəfəri keçib.
“Bu faciəli hadisə nəticəsində 15-dən çox insan həyatını itirib. Ən azı 24 nəfər yaralanıb”, - deyə Çexiya polisinin rəhbəri Martin Vondraşek bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər