İlahiyyat İnstitutu dini tədqiqat sahəsi üzrə beynəlxalq əlaqələr qurur

İlahiyyat İnstitutu dini tədqiqat sahəsi üzrə beynəlxalq əlaqələr qurur Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) dini tədqiqat və təhsil sahəsində dünyanın müxtəlif universitetləri ilə ikitərəfli akademik əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fəaliyyətini genişləndirir. Bu məqsədlə Aİİ ilə Qazaxıstan Elm və Təhsil Nazirliyi Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumunda professor-müəllim heyətinin mübadiləsi, birgə “dəyirmi masa”, seminar, konfrans və tədqiqat layihələrinin həyata keçirilməsi, həmçinin nəşrlərin hazırlanmasında iştirak, elmi materiallar və sənədlərin mübadiləsi sahəsində əməkdaşlıq və s. məsələlər nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər