“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq”

“Turistlərin müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq” “Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır”.
Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.
O bildirib ki, Azərbaycanda müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin sayəsində turizm yeni bir dövrə qədəm qoyub: “Həm xarici ölkələrdən gələn turistlərin sayı artıb, həm də vətəndaşların xaricə səfərləri asanlaşıb. Hazırda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməyə nail olub. Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edir. Bu, Azərbaycanı dünya miqyasında region lideri kimi tanıdır. Bu miqyasda tədbirlərin keçirilməsi daha təhlükəsiz dövlətlərə həvalə edilir. Biz Turizm Assosiasiyası olaraq bu tədbirə hazır olmalıyıq. Gələn turistlərin Azərbaycanla bağlı müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq”.

***

Azərbaycan Turizm Hotel Assosiasiyasının idarə heyətinin sədri Eldar Əlimuradov: “Bu il ölkəmiz COP29 sammitinə ev sahibliyi edəcək. Bu tədbirlə 2024-cü ildə ölkəmizdə turizm və qonaqpərvərlik sənayesinin yeni dövrü qədəm qoyacaq”.
Onun sözlərinə görə, beynəlxalq tədbirlə ölkəmizin unikal turizm destinasiyası kimi tanıdılması davam edəcək.
E.Əlimuradov qeyd edib ki, 2022-ci il üzrə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757, nömrələrin sayı 27312, çarpayı yerlərinin sayı 56562 olub.
“Bu il bir neçə yeni brendlərinin də bu siyahıya qatılacağını və nömrə fondunun daha da artacağına gözləyirik. Təbii ki, bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir”.
Pandemiya dövründə hotelçilik institutu ənun ən böyük zərbə alan sahələrdən olduğunu xatırladan Assosiasiya sədri qeyd edib ki, onlardan bəziləri karantin müəssisəsi kimi vətəndaşlar və səhiyyə işçilərinə verildi.
“Bu dövrdə 30 hotelin ödənişsiz ulduz təsnifatı keçirilməsi bərpa turunda onlar üçün vacib idi.
“Tezliklə Qarabağda beynəlxalq investorlar tərəfindən hotel şəbəkələrinin olacağına inanırıq. Artıq işğaldan azad olunan torpaqlarımızda turizm infrastrukturu yaradılır. Şuşa, Suqovuşan və digər ərazilərə turust səfərləri təşkil edilir”.
E.Əlimuradov əlavə edib ki, Azərbaycanda Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə regionlarda hotel və sanatoriyalarda daşınmaz əmlak vergisi 3 il ərzində 75 faiz azaldılıb. Bu da turizmin inkişafına təkan verəcək: “2003-19-cu illər ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb. Mehmanxanalarda gecələyənlərin sayı 7 dəfən çox artıb”.

Tehsil-press.az



Oxşar xəbərlər