UNEC-in professoru Belarusun Polotsk Dövlət Universitetində mühazirə oxuyub

UNEC-in professoru Belarusun Polotsk Dövlət Universitetində mühazirə oxuyub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının professoru, Azərbaycanın Respublikasının və Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov Belarusun Polotsk Dövlət Universitetində mühazirə oxuyub.
Elnur Sadıqov Polotsk Dövlət Universitetinin Maliyyə-iqtisad fakültəsinin magistrantlarına dünya ölkələrinin bank sistemi və beynəlxalq valyuta kredit münasibətləri fənlərini tədris edib. İnteraktiv metodla tədris olunan dərslərdə o, magistrantların suallarını cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər