MEK Bolqarıstan kitabxanası ilə əməkdaşlıq edəcək

MEK Bolqarıstan kitabxanası ilə əməkdaşlıq edəcək AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) ilə Bolqarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası arasında müqavilə imzalanıb. Müqaviləni MEK-in direktoru professor Məmməd Əliyev və Bolqarıstan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Silvia Naydenova imzalayıb.
Müqavilədə hər iki kitabxananın fondlarının çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Xatırladaq ki, AMEA Mərkəzi Elmi Kitabxanası öz fondlarını daha da genişləndirmək istiqamətində dünyanın 46 ölkəsi, 126 təşkilatı və 80 elmi jurnalı ilə əməkdaşlıq edir.

Tehsil-press.az



Oxşar xəbərlər