
Müqavilədə elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, elmi nailiyyətlərin artırılması və gənclərin elmi maariflənməsi istiqamətində birgə mütəmadi təşəbbüslərin təşkili, onlara elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin innovasiya xarakterli elmi nailiyyətlər nəticəsində yaranan innovativ məhsulun kommersiyalaşdırılması və digər istiqamətlərdə birgə əməkdaşlıq məsələləri öz əksini tapıb.
Tehsil-press.az