
Ən yaxşı Avropa çimərlikləri arasında Türkiyənin iki çimərliyi yer alıb. Onlardan biri Muğla əyalətindəki Dalyan şəhəri yaxınlığında yerləşən İztuzu çimərliyidir. O, siyahıda 16-cı yerdədir.
İkincisi isə reytinq siyahısının 21-ci pilləsində qərarlaşan Antalyadakı məşhur Konyaaltı çimərliyidir.
Avropa çimərlikləri arasında liderlər üçlüyündə Portuqaliyanın Prayya-da-Faleziya, İtaliyanın Spyadja dey Konilyi və İspaniyanın La-Konça çimərlikləridir.
Tehsil-press.az