Özbəkistanın dörd ali məktəbinin adı ilk dəfə Avropanın və Mərkəzi Asiyanın “Ən yaxşı universitetləri” siyahısına düşüb

Özbəkistanın dörd ali məktəbinin adı ilk dəfə Avropanın və Mərkəzi Asiyanın “Ən yaxşı universitetləri” siyahısına düşüb Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti, Səmərqənd Dövlət Universiteti, Daşkənd Dövlət Texniki Universiteti və Daşkənd İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatı İnstitutu ilk dəfə Avropanın və Mərkəzi Asiyanın “Ən yaxşı universitetləri” reytinqi üzrə siyahıya düşüb.
Bu haqda “Quacquarelli Symonds” Beynəlxalq Agentliyi məlumat yayıb. Reytinqin tərtib olunmasında tədrisin keyfiyyəti, tələbələrə yaradılan şərait və digər keyfiyyətlər əsas götürülür.
“Ən yaxşı universitetlər” reytinqi 2004-cü ildən tərtib edilir.

Tehsil-press.az

Oxşar xəbərlər